Xəbər lenti


Hər bir vətəndaş öz addımlarına məsuliyyətlə yanaşsa, biz vaksinasiyada uğur əldə edəcəyik.
 
Ovqat.com xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
 
Prezidentin köməkçisi bildirib ki, bu gün bizdə xəstəxanalarda ciddi təzyiq olmamasına səbəb peyvəndləmədir.
 
"Bizdə bu gün 24 % peyvəndləmə edilib. Biz bunu 60 %-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə yaxınlarımızı peyvəndləməyə çağırırıq”.



Ana səhifəyə qayıt        Baxış: 4 227          Tarix: 20-08-2021, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma