Xəbər lenti

“Gorus-Qafan yolu iki yerdə Sovet Ermənistanının hüdudlarından kənara çıxır və bu səbəbdən orada Azərbaycan postları qurulub”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda iki iranlı TIR sürücüsünün Azərbaycan polisi tərəfindən həbs olunmasını belə izah edib.

Baş nazirin sözlərinə görə, "Eyvazlı" və "Çayzəmi" adlarını parlamentdə çıxışı zamanı bilərəkdən çəkib, çünki Ermənistan vətəndaşları problemli ərazilərin müstəqil və ya Sovet Ermənistanının ərazisində deyil, xaricində olduğunu başa düşməlidir.
 
Onun fikrincə, 2020 -ci ilin dekabrında Ermənistana məxsus nəqliyyat vasitələrinin bu yoldan sərbəst istifadə edə biləcəyi barədə razılaşmalar əldə edilib.

"Lakin müqavilələrdə xarici avtomobillərlə bağlı müddəa olmadığı üçün Azərbaycan tərəfi İranın yük maşınlarını yoxlayır", - deyə baş nazir bildirib.

Qeyd edək ki, bu gün İrandan TIR-larla Xankəndiyə neft məhsulları daşıyan iki iranlı sürücü Gorus-Qafan yolunda Azərbaycan polisi tərəfindən həbs edilib.
 




Ana səhifəyə qayıt        Baxış: 4 902          Tarix: 15-09-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma