Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Zəngəzur bölgəsindən keçən Gorus - Qafan yolu açılıb.
Ovqat.com erməni KİV-ə istinadən bildirir ki, Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərtilə onun açılmasına razılıq verib və artıq iki kənddə yola beton bloklar düzülüb.
Məlumata görə, blokların düzülməsi təsadüfi deyil və bu sahədə Azərbaycanın nəzarət-keçid məntəqəsi qurulacaq.
İddialara inansaq, yolun açılması qərarı Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin 3-tərəfli görüşü və Türkiyənin kənardan müşahidəsi nəticəsində qəbul olunub. Uzun sürən danışıqlardan sonra erməni tərəfi Azərbaycanın tələblərini qəbul edib. Rəsmi Bakının əsas tələbləri Gorus-Qafan yolunun 21 kilometrinin və burada yerləşən iki kəndin Azərbaycan ərazisi kimi qəbul edilməsi olub. Digər bir şərt isə 10 noyabr Bəyanatının tələbinə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanın sonuncu şərtinin həyata keçirilməsi və ictimai rəyin buna hazırlanması üçün İrəvan zaman istəyib.
Video-fakt
Məlumata görə, ermənilərin şifahi razılığı ilə kifayətlənməyən Azərbaycan bunun rəsmən bəyan olunması istəyib. Bu istək də Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən yerinə yetirilib. Belə ki, o, dünən hökumətin iclasında sözügedən kəndlərin Azərbaycanca adını çəkib və Qafan-Gorus magistralının açılmasını xahiş edərcəsinə deyib: "Əminəm ki, Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərinin arasındakı hissəsinin açılması regional stabilliyə doğru addımların əla simvolu olardı".
O, daha sonra söyləyib ki, bölgədə dayanıqlı sülhün, əmin-amanlığın və stabiliyin bərpası ilə bağlı Türkiyədən müsbət siqnallar alıb: "Deməliyəm ki, Türkiyədən bəzi publik müsbət, nikbin siqnallar almışıq. Bu siqnalları dəyərləndiririk. Pozitiv siqnallara pozitiv siqnallarla cavab verəcəyik".
Paşinyanın bu sözlərlə Zəngəzur dəhlizinin açılacağına və danışıqlarda Türkiyənin də iştirak etdiyinə eyham vurduğu bildirilir.
Erməni politoloq Stepan Danielyan KİV-ə açıqlamasında baş verənləri şərh edərkən hadisəni demarkasiya və delimitasiya əməliyyatı kimi qiymətləndirib. “Çox adam başa düşmədi ki, Azərbaycan-Ermənistan sərhədinin həmin hissəsində demarkasiya və delimitasiya əməliyyatı keçirilib”, - deyə o vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar