Xəbər lenti

Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev kadr islahatlarını davam etdirir. Musavat.com xəbər verir ki, nazir vəzifəsini icra edən T.Musayev Səhiyyə Nazirliyində mühim vəzifə tutan bir neçə şəxsi işdən çıxarıb.

Onların arasında Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov, Beynəlxaq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samir Allahverdiyev, Ümumi şöbənin rəhbəri Ləman Əlizadə və QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova da var.

Teymur Musayevin vəzifədən uzaqlaşdırdığı şəxslər sırasında Zahid Qəribov da var. Z.Qəribov nazirliyin Əsaslı Tkinti İdarəsinin rəisi idi və nazirlikdəki yeni tikilən, təmir edilən müəssisələrə nəzarət edirdi.



Ana səhifəyə qayıt        Baxış: 2 967          Tarix: 29-09-2021, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma