Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
İQ-ləri (İntellekt əmsalları) yüksək olduğundan Naxçıvan MP polis fəaliyyətinə cavab vermədikləri üçün müxtəlif bəhanələrlə işdən çıxarılan və ya öz ərizələri ilə çıxmağa vadar edilən polis zabitləri barədə dəfələrlə yazmışdıq. Onu da vurğulamışdıq ki, MR-da “xan” repressiyalarına məruz qalan bu zabitlər Azərbaycan Respublikası Polis Akademiyasının məzunlarıdır. Hansı ki, peşəkar qabiliyyətlərinə yüksəlmək üçün 600 civarında bal toplayaraq ali məktəbə daxil olmuş və yüksək qiymətlərlə oranı bitirmişlər. Peşəkar polis kimi Naxçıvana qayıtdıqdan sonra isə ən müxtəlif təzyiqlərlə üzləşib qısa müddət ərzində işdən kənarlaşdırılmışdılar.
Bu gənc mütəxəssislərin uğursuzluğunun səbəbi də elə Polis Akademiyasında təhsil almaları ilə izah olunurdu. Naxçıvan DİN-dəki yüksək rütbəli mənbələrimizdən əldə etdiyimiz məlumata görə, “xan” hakimiyyəti özünün dayaqlarını Muxtar Respublikanın Ordu-Polis-DTX-nın üzərində qurulmuş sac ayağında görür və onlardan hər hansı birinin laxlamasına imkan vermək istəmirdi. Bakıdan göndərilən kadrları isə Muxtar Respublikada hakimiyyət çevrilişi üçün ezam olunmuş casuslar kimi gördüyündən onları bir-bir “dənləməyə” qərar vermişdi. Bunun üçün ilk işə Naxçıvanda “peşə texniki polis məktəbi” – Orta İxtisas Polis Məktəbi yaradaraq Muxtar Respublikanın öz asayış keşikçilərini yetişdirməyə başlamışdı. 2018-ci ildə yaradılan və qəbul balı 54, ən yaxşı halda 62 həddində olan ikiillik Orta İxtisas Polis Məktəbi ötən il ilk məzununu verdiyindən Naxçıvanda Polis Akademiyasının məzunlarının “dənlənməsi” prosesi də məhz həmin dövrdə xüsusi vüsət almışdı. Son bir il ərzində Muxtar Respublikanın polis orqanlarından 36 nəfər Akademiya məzunu işdən çıxarılmış, yerinə Naxçıvanın “peşə texniki polis məktəbi”nin 30 məzunu təyin olunmuşdu.
Bu gün Ovqat.com-un e-mail adresinə göndərilən bir məktub bizi xeyli sevindirdi. “Muxtar repressiya”lara məruz qalan gənc polislər tərəfindən yazıldığı anlaşılan məktubda onların məsələsini qaldırdığımız üçün redaksiyamıza təşəkkür edilərək bildirilir:
"Salam, Heydər bəy, necəsiniz? Sizin yazılarınızdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi akademiyanı bitirən məzunlarla danışıb, onları nazirliyə işlə bağlı söhbət etməyə dəvət edıblər. Uşaqlar sizə minnətdardırlar".
Biz də öz növbəmizdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova Polis Akademiyasının zülmə məruz qalmış məzunlarına sahib çıxdığı üçün təşəkkür edirik. Bir daha hörmətli nazirimizin diqqətinə çatdırırıq ki, böyük əziyyət hesabına Polis Akademiyasını bitirən bu gənclər öz əməklərinin bəhrəsini görməməyin ağır depresiyasını yaşayırlar. Onlardan birinin bizə yazdığı məktubda eynilə belə deyilir:
“Allah canınızı sağ eləsin. İnşallah uşaqların işləri tezliklə alınar. Həqiqətən akademiya oxumaq çox çətindi. Və oranı bitirib işsiz qalmaq... Dözülməzdi. Mənim qohumum var, Akademiyanı bitirib. Zəng etmişəm. Deyir, zəng gəlmişdi mənə də. Bakıya çağırırlar, elə sevinirdi ki. Deyir ki, hamısı Heydər Oğuzun çıxışlarından sonra oldu. Neçə dəfə, deyir, məktub ünvanlamışdım, vecinə alan yox idi.”
]
Cənab nazir, sözsüz ki, Naxçıvan polis orqanlarından haqsız yerə uzaqlaşdırılan bu gəncləri ürəkdolusu təşəkkürləri mənə yox, Sizə düşür. Məhz Sizin və digər dövlət yetkililərinin qərarları nəticəsində Naxçıvan Muxtar Respublikasının buz bağlamış tilsimi qırılmış və Polis Akademiyasının məzunlarının tapdalanan hüquqlarının bərpası ümidi doğmuşdur. Sizə polisin haqq etdiyi şərəfini özünə qaytardığınız üçün bir daha təşəkkürümü bildirir və bu təqdirəlayiq xidmətinizi bundan sonra da davam etdirəcəyinizə inanıram. Mən isə polislərin probleminin həll olunub olunmamasından asılı olmayaraq, əldə etdiyim məlumatları ictimailəşdirmək niyyətindəyəm. Hər gün ən azı bir yazımı Naxçıvanda sözün həqiqi mənasında mənəvi repressiyalara məruz qalan gənc polislərimizin qarşılaşdıqları haqsızlıqlara həsr edərək Muxtar Respublikadakı bənzəri görünməmiş zülmü tarixin daş yaddaşına yazmağa çalışacağam.
Gənc leytenantının “polisə yaraşmayan” hərəkəti
Muxtar repressiyaya məruz qalanlardan biri də 25 yaşlı polis leytenantı Rəhim Cabbarovdur. 1996-cı ildə Naxçıvan şəhərində anadan olan Rəhim bəy 2013-cü ildə yüksək balla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunub. 2018-ci ildə Polis Akademiyasını əla qiymətlərlə bitirib. Akademiyadan məzun olduqdan sonra Naxçıvan Şəhər Polis İdarəsində polis sahə inspektoru vəzifəsinə təyinat alır.
Naxçıvan DİN-dəki mənbəmizin bildirdiyinə görə, Rəhim Cabbarov çox çalışqan əməkdaş kimi özünü göstərir.
Sual edə bilərsiniz: Bəs Rəhimi nə üstündə işdən qovublar? Eşidəcəyiniz sözə təəccüblənməmək üçün özünüzü bərk tutun: iş vaxtından sonra öz iti ilə parka gəzintiyə çıxdığına görə.
Əldə etdiyimiz məlumatda deyilir:
“ Rəhim Cabbarov iş vaxtından sonra öz itini parkda gəzdirməyə çıxmışdı. Bunu görən Naxçıvan MR DİN - in mühüm xüsusi səlahiyyətli şöbəsinin əməkdaşı (həmin əməkdaşın adını çəkməyəcəyik) Rəhimin fotişəkilini çəkir və xüsusi səlahiyyətli şöbəyə (El arasında bu şöbəyə “Gestapo” da deyirlər – Ovqat.com) məruzə edir. Rəhim dərhal həmin xüsusi səlahiyyətli şöbəyə dəvət olunur və it gəzdirdiyi üçün polis adına ləkə gətirdiyi bildirilir və Fazil Ələkbərovun göstərişi ilə töhmət verilir.
Sürgün
Bundan ürəkləri soyumayan “zəli”lər Rəhimi Şərur Rayonuna sürgün edirlər. Rəhim Şərur Rayonunun ucqar kəndlərindən olan Axaməd kəndinə sahə inspektoru təyin olunur. Orada da dayanmadan çalışır və dövlətinə xidmət edir. Hətta yadımızdadır ki, kənd ərazisində bir nəfərin evi yanırdı. Rəhim polis geyim formasında yanğının içinə daxil olaraq evdəki qoca bir qadını alovların arasından xilas etmişdi. Bundan sonra Rəhimi Babək RPŞ-in Cəhri Polis Bölməsinə sahə inspektoru təyin etdilər. İşə başladığı gün Cəhri Polis Bölməsinin rəisi, polis mayoru Şəmsi Mirzəliyev Rəhimə magistral yolun kənarındakı məişət tullantılarını təmizləməyi tapşırır. Rəhim isə bu tapşırıqlara dözməyib öz ərizəsi ilə xidmətdən xaric olunur.
Hazırda Naxçıvan şəhərində yerləşən “57 bazarı”nda qab-qacaq satışı ilə məşğul olan Rəhim öz ailəsini halal yol ilə dolandırır. Rəhim kimi nə qədər peşəkar zabitlər var ki, Naxçıvanda məhv olur. Peşəkar zabitlərimiz məhv olmamalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xahiş edirik ki, öz övladlarına sahib çıxsın”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar