Xəbər lenti

Naxçıvan Muxtar Respublika iqtisadiyyatında şəffaflaşma məqsədilə 2024-cü ilin mart ayınadək yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirlərinin minimuma endirilməsi kimi yumşaq gücə üstünlük verilib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

"Ötən il 2022-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb. Eyni zamanda ötən bir il ərzində Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında müasir standartlara cavab verən və vergi orqanının təqdim etdiyi elektron xidmətlər göstərən vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib", - A.İsmayılov bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə, 2024-cü ilin I rübü ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

"2023-cü ildə özəlləşdirmədən daxilolmalar 2,3 milyon manat təşkil edib ki, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, 2024-cü ilin I rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 12,3 dəfə, özəlləşdirilən əmlakların sayı isə 6 dəfə artıb", - nazir müavini əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 302          Tarix: 30-04-2024, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma