Xəbər lenti

Araz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır.

"Report" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev bu gün Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda" Elmi-Praktiki Konfrans zamanı qeyd edib.

“Araz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır. Araz çayı ilə birbaşa təmasda olan ərazilər və Arazboyu Naxçıvan MR-in çoxsaylı yaşayış məntəqələri, əkin və otlaq sahələri vardır ki, Araz çayının bu şəkildə çirkləndirilməsi MR-in əhalisinin həyat və sağlamlığını, iqtisadiyyatını, kənd təsərrüfatı ciddi təhlükə altına alır”, - deyə Sənan Paşayev qeyd edib.

Naxçıvanda yeraltı, yerüstü və sərhəd su obyektlərinin mövcud olduğunu bildirən Sənan Paşayev su ehtiyatlarının israfının qarşısının alınması məqsədilə bütün rayonlarda maarifləndirici tədbirlər keçirildiyini qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 4 319          Tarix: 16-08-2024, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma