19-cu əsri 1789-1914, 20-ci əsri 1914-1991-ci illər arasında təhlil edən məşhur ingilis tarixçisi Eric Hobsbawma görə, 19-cu əsr "uzun", 20-ci əsr isə "qısa" idi. Yenə Eric Eric Hobsbawma görə, 19-cu əsr 1789-cu ildə Böyük Fransız İnqilabı ilə başlayır, 1913-cü ildə başa çatır. "Qısa 20-ci əsr" - təqvimə görə deyil, tarix olaraq 1914-cü ildən, yəni Birinci Dünya Müharibəsindən sonra və 1991-ci ildən - dünyada qlobal dəyişikliklərin başlandığı, 1990-cı ildə Almaniyanın birləşməsi və 1991-ci ildə SSRİ-nin dağılması ilə sona çatır. Qısa 20-ci əsr Birinci Dünya müharibəsiylə (1914), Birinci Dünya müharibəsi isə 28 iyun 1914-cü ildə Avstirya-Macarıstan taxtının varisi Frans Ferdinandın ölüm ilə başladı.
Qısa sürən 20-ci əsr Azərbaycan üçün 1914-cü ildən əvvəl başladığını və milli dövlətçilik tarixinimizdə həlledici və siyasi hadisələr baxımından əhəmiyyətli bir zaman kəsiyidir. Ən əhəmiyyət kəsb edən hadisənin 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsi, AXC yaradılmasıdırsa, sonrakı mühüm tarixi hadisələr - 1920-ci il 28 apreldə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması Azərbaycanın müstəqilliyinə son qoyulması, 70 ildən sonra 1991-ci ildə xalqın bir daha öz dövlət müstəqilliyini bərpa etməsi, Azərbaycan Respublikası yaradılmasıdır. Dünən Park Bulvarda Naxçıvan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirlinin “Sədərəkdən Şuşaya” sənədli filminin təqdimatında yaşadığım həyacanlar məni illər öncəsinə, “qısa 20 əsrin” ən uzun günlərinə götürdü. Bu günün qəhrəmanı Səkinə xanım Əliyevanın məğrur siması gözlərimdə canlandı.
Deyirlər ki, tarix yazılır. Tarix öncə yaşanır. Naxçıvanın SSRİ min tərkibindən çıxması haqqında qərarın qəbul olunması yaşanan tarixdir və biz o günlərin sahidiyik. 34 il bundan öncə, 19 yanvar 1990-cı il, iki körpə qızım və həyat yoldaşımla bütün naxçıvanlılarla birlikdə "Tribuna" deyilən meydanda idik. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri Səkinə xanım Əliyeva Naxçıvan MSSR-nın SSRİ-dən ayrılması haqqında fövqəladə sessiya çağırmışdı.
Muxtar Respublika Ali Sovetinin fövqəladə sessiyyasında qəbul olunan qərarın elan olunmasını gözləyirdik.
“Qısa 20-ci əsr” Birinci Dünya müharibəsiylə (1914), Birinci Dünya müharibəsi isə 28 iyun 1914-cü ildə Avstirya-Macarıstan taxtının varisi Frans Ferdinandın ölüm ilə başladığı kimi, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri Səkinə xanım Əliyeva Naxçıvan MSSR-nın SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyanın çağırılmasına səbəb torğaqlarımızın işğalı, Kərkinin ermənilərə bağışlanması olmuşdu.
Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana hücum etməyə başlamış, ilk hədəf Sədərəkdən 10 km aralı yerləşən və Ermənistanla sərhəd olan Kərki anklavı olmuşdu. Mənbəyini 1988-ci ildən alan hadisələr get-gedə daha qorxunc almış, 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşmişdi. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü qoyulsa da, yaşayış məntəqəsinin düşməndən qorunmsıına yetmirdi. Dörd bir tərəfi düşmənlə əhatə olunan kənd qoruyan könüllülərin silah-sursatı da yetərli deyildi. Könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilsə də, kənd Sovet əsgərlərinə təhvil verildikdən sonra onlar da kəndi ermənilərə təhvil vermişdi. Ölən və yaralananlar, qaçqınlar Naxçıvan şəhərinə gətirilmişdilər. Muxtar respublikadan ünvanlanan haraylara nə rəsmi Bakı, nə də Moskva cavab vermirdi.
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri Səkinə xanım Əliyeva Naxçıvan MSSR-nın SSRİ-dən ayrılması haqqında çağırılmış fövqəladə sessiyada 1921-ci ilin martında SSRİ ilə Türkiyə arasında bağlanmış Qars və həmin ilin oktyabrında imzalanmış Moskva müqavilələrinin iclasın gündəliyinə salınmasına nail olan deputatlar tələb edir ki, Naxçıvanı təhlükə gözlədiyinə görə, Türkiyədən hərbi kömək istənilsin. Sessiyanın gedişində rus qoşunlarının artıq Bakıya daxil olduğunu və kütləvi qırğınlar törətdiyini eşidən deputatlar Naxçıvanın SSRİ-nin tərkibindən çıxması təklifini irəli sürür. Gərgin müzakirələrdən sonra sessiya Naxçıvanın SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul edir. Bundan sonra deputatlar arasında Naxçıvan MSSR-in necə adlandırılması ilə bağlı mübahisələr olur. Bəziləri Naxçıvanın İslam, digərləri Türk, bir qisim isə Türk-Araz Respublikası adlandırılmasını təklif edir. Səsvermə nəticəsində Müstəqil Naxçıvan Respublikası adı qəbul olunur. Respublikanın müstəqilliyinin tanınması üçün dərhal İrana və Türkiyəyə nümayəndə heyəti göndərilməsi qərara alınır. Sovet DTK-sı Türkiyəyə keçmək cəhdinin qarşısını aldığına görə, yanvarın 21-də beş nəfərlik nümayəndə heyəti Culfa rayonunun Yaycı kəndindən Araz çayını min bir əziyyətlə keçərək İrana adlaya bilir. Naxçıvanlı deputatlar Təbrizdə Türkiyənin İrandakı hərbi attaşesilə görüşməyə nail olsa da, attaşe onlara Türkiyənin SSRİ-dən ehtiyat etdiyini bildirir. Nümayəndə heyətinə Əlcəzair və ya Livan səfirliklərinə getmələri məsləhət görülür. Nümayəndə heyəti İranda danışıqlar apardığı zaman muxtar respublikanın “Sovet Naxçıvanı” qəzeti müstəqilliklə bağlı qərarı dərc edir. Qəzet ilk dəfə çox böyük tirajla - 40 min nüsxə ilə satışa çıxarılır. Naxçıvan televiziyası xəbərləri bir neçə əcnəbi dildə verir.
Tııssüf ki, Naxçıvanın müstəqilliyi cəmi 8 gün çəkir. İrana göndərilən nümayəndə heyəti məyusluqla geri qayıdır. “Böyük vətən” dediyimiz SSRİ Naxçıvanda baş verən “özbaşınalıqları” bağışlamır. Yanvarın 27-də Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir. Muxtar respublikaya güc tətbiq ediləcəyi ilə bağlı təzyiqlər öz işini görür. 8 günlük müstəqillik sevincinə son qoyulusa da, Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qəbul olunan qərar hər zaman üçün öz əhəmiyyətini saxlayır. Tarixi qərarda yazılır:
“SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən; Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından; Ermənistan SSR tərəfindənedilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından; Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan: Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır: 1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir. 2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin. 3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun. 4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıarılsın. 5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun. 6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın.
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri: Səkinə Əliyeva. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Katibi: Həsən Xəlilov. Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il.” |
Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərarın qəbul olunması Səkinə xanım Əliyevanın məmuru olduğu SSRİ-yə qarşı qiyamı, qəhrəmanlığı idi. Qəhrəman qadın, görkəmli ictimai xadım Səkinə xanım özünün sonrakı taleyini heç düşünmədən xalqın taleyi haqqında qərarın qəbul olunması ilə “böyük vətən”ə, keçmiş SSRİ-yə qiyam elan etmişdi. Sankt-Peterburqun sabiq meri, mərhum Anatoli Sobçak Naxçıvan hadisələri ilə bağlı o zaman mətbuata belə demişdi: “…1990-cı ilin yanvarında Azərbaycanın tərkibində olan kiçik Naxçıvan Muxtar Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən çıxdığını bəyan edəndən sonra başa düşdüm ki, İttifaqın axırı çatıb…” Qeyd edim ki, SSRİ-nin sonunun gəldiyini göstərən digər bir hadisə isə, bütün dünyanı heyrətə gətirən 1987-ci ilin mayın 28-də, SSRİ-də sərhədçilərin peşə bayramı günündə alman Matias Rustun “Sessna” idman təyyarəsi ilə guya olduqca güclü hava hücumundan müdafiə qüvvələrinə sahib olan SSRİ-nin sərhədlərini keçib paytaxta, Moskvanın ürəyi sayılan Qızıl meydana heç bir maneəsiz eniş etməsi olmuşdu.
Sonralar Səkinə xanım qərarın alınmasının vacibliyini vurğulayaraq demişdir:
“O günlər biz Naxçıvanı itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ermənilər Ermənistandan sonuncu azərbaycanlını da qovandan sonra bütün təhdid və təxribatları Naxçıvana yönəltmişdilər. Azərbaycanla yerüstü yollar kəsilmiş, bütün sərhədlərdə erməni silahlıları və texnika cəmlənmişdi. Həmin gecə Bakıda nə baş verdiyindən xəbərimiz yox idi. Naxçıvan öz hayında idi. Ermənilərin Sədərəyə güclü hücumu nəticəsində 8 nəfər ölmüş, 30 nəfər yaralanmış, əhali çöllərə tökülmüş, xeyli ev dağıdılmışdı. Sədərəkdə həlak olmuş 2 uşağın meyiti Naxçıvanın mərkəzi meydanına gətirilmiş, on minlərlə adam hiddətlə tədbir görülməsini, ermənilərin əliyalın naxçıvanlıları qovub İran və Türkiyəyə keçirməsi təhlükəsinin sovuşdurulmasını tələb edirdi. Bakı susurdu, rəhbərlərdən heç birini tapmaq mümkün olmadı. Axşam sərhəd məntəqələrindən həyəcanlı xəbərlər gələndə, vəziyyət gərginləşib son həddə çatanda vilayət partiya komitəsində işıqlar söndürüldü. Öz taleyinə sahiblik etməli olan xalq Ali Sovetin binasına doluşdu... Hamı bildirdi ki, məhv olma təhlükəsi qarşısında səsimizə hay verməyən, ermənilərin Naxçıvanı tutmasına, əslində, göz yuman bir ölkənin tərkibində qalmaq ölümə bərabərdir. Səsimizi dünyaya çatdırmaq, dolayı yolla SSRİ rəhbərliyini də silkələmək üçün, Qars müqaviləsinin şərtlərinə istinadən, bütün naxçıvanlıların iradəsini ifadə edən bir qərar hazırladıq. İki saata muxtar respublika Ali Sovetinin əlimiz yetən deputatlarını topladıq. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin Naxçıvandan olan deputatları da iştirak etməklə, gecəyarısı fövqəladə sessiya keçirdik. Yekdilliklə Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul etdik. Sessiya qurtaran kimi, gecə saat 4-də yerli teleradio ilə çıxış edib bu qərarı bəyan etdim. Həyəcanlanmış əhali nisbətən sakitləşib evlərinə getdi. Kişilər, rayon rəhbərləri, qeyrətli adamlar isə sərhədlərin möhkəmləndirilməsinə yollandılar... Bu o dəqiqələr imiş ki, Bakı od tutub yanırmış... Biz bunlardan səhərisi gün Türkiyə radiosu ilə xəbər tutmuşduq. Həmin gecə teleradio ilə çıxışım qonşu dövlətlərdə tutulmuş, səsimiz dünyaya çatmışdı.” |
Naxçıvan Məhz bu qəhrəman dövlət məmurunun, görkəmli ictimai xadim Səkinə xanım Əliyevanın cəsarəti sayəsində Sovet Sosialist Respublikaları İttifaqından çıxan ilk respublika oldu. Adətən, göstərilən qəhrəmanlığa, igidliyə görə, mükafat verilir. Səkinə xanım isə Naxçıvan Muxtar Respublikasını erməni işğalından, əhalisinin ölümdən xilas etdiyinə görə vəzifəsindən azad edilmişdir. Onun ən böyük mükafatı millətin, xalqın qəlbində qurduğu taxt
oldu.
Paylaş: