Xəbər lenti

Ermənistan vətəndaşlarının məhkəməsində səs-küylü cinayət işi üzrə yekun məhkəmə qərarı elan olunub. 

Məhkəmə ağır ittihamları sübuta yetirilmiş hesab edərək bir neçə şəxs barəsində ən sərt hökm çıxarıb.


Məhkəmənin qərarına əsasən:
Arayik Harutyunyan-ömürlük


Davit İşxanyan-ömürlük

David Babayan-ömürlük

Levon Mnatsakanyan - ömürlük 

David Manukyan - təqsirləndirilən şəxslərin hər biri ağır cinayətlərdə günahkar bilinib və məhkəmə onların cəmiyyət üçün təhlükəli olduğunu əsas götürərək ömürlük azadlıqdan məhrumetmə cəzası seçib.

Madat Babayan 19 il 

Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edildi.

Arkadi Qukasyan 20 il 

Təqsirləndirilənlərdən Arkadi Qukasyan və Bako Saakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslərin 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan və Bako Saakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərə 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.






Ana səhifəyə qayıt        Baxış: 2 628          Tarix: Dünən, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma