Xəbər lenti

İsrail İran danışıqlarından əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff üçün qırmızı xətlər müəyyən edib

Bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

“Uitkoff İranın xarici işlər naziri ilə danışıqlar aparmazdan əvvəl Netanyahu, İsrail Müdafiə Qüvvələrinin rəisi və MOSSAD direktoru ilə görüşəcək.

İsrail uranın sıfır zənginləşdirilməsi tələbini vurğulamağı, İranın raket proqramını və proksi qruplara dəstəyi nəzərə almayan hər hansı bir razılaşmaya qarşı xəbərdarlıq etməyi planlaşdırır”, - məlumatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 951          Tarix: 3-02-2026, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma