Xəbər lenti

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq əmri verib

Bu barədə “Fars” agentliyi məlumat yayıb. Xatırladaq ki, yerli KİV bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla İran xarici işlər naziri Abbas Əraqçi arasında danışıqların bərpa olunacağı haqda məlumat yaymışdı.

Qarşıdakı günlərdə İran və ABŞ rəsmiləri arasında danışıqların keçirilməsi ehtimalı var. İran Xarici İşlər Nazirliyində məsələdən məlumatlı olan mənbə “Tasnim”ə bildirib.

 Danışıqlarda İran tərəfdən iki rəsmi şəxsin iştirak edəcəyi qeyd olunub.

Mənbənin sözlərinə görə, danışıqların vaxtı və məkanı hələlik təyin olunmayıb. Dialoq böyük ehtimalla İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında baş tutacaq.

Bu arada isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, bu gün və dünən Tehranda səfirliyi olan bütün Avropa ölkələrinin səfirləri çağırılıb. Bəqai bazar ertəsi, 2 Fevral tarixində jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib ki, “səfirlərin çağırılması minimum addımdır... bir sıra tədbirlər hazırda nəzərdən keçirilir”.

O, təfərrüat vermədən əlavə edib:

 “Müxtəlif variantlar hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara göndərilib, yaxın günlərdə qərar qəbul olunacaq”.

Bəqai Avropa İttifaqının İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmasını “İrana qarşı təhqir və strateji səhv” adlandırıb. 

İran XİN sözçüsü eyni zamanda Avropa İttifaqını ABŞ və İsrailə “yaxınlıq göstərməkdə” ittiham edib.

Avropa İttifaqının xarici işlər nazirləri cümə axşamı, 29 Yanvar tarixində illərlə davam edən daxili və xarici təzyiqlərdən sonra bu qərarla razılaşıblar.

IAİ-nin xarici siyasət üzrə məsul şəxsi Kaya Kallas bu xəbəri elan edərkən deyib: “Minlərlə öz vətəndaşını öldürən hər bir hakimiyyət əslində öz məhvinə doğru addımlayır.”




Ana səhifəyə qayıt        Baxış: 1 762          Tarix: Bu gün, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma