Xəbər lenti

Fikrət Fərəməzoğlu hökmdən şikayəti verdi

Həbsdə olan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Publika.az xəbər verir ki, jurnalistin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Şikayət hakim Namiq Məmmədovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası avqustun 28-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttihama görə, Xətai rayonundakı restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 635          Tarix: 26-08-2017, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma