“Rabitə işi”ndə təqsirləndirilərək məhkum olunanların hamısı apelyasiya şikayəti veriblər.
Bu barədə Publika.az-a Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.
Məlumatına görə, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş mühasibi Anar Mustafayev və “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov apelyasiya şikayəti veriblər.
Məlumat üçün bildirək ki, bundan əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.
Onlar apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
İşə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılcaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyannın ödənilməsinə yönəldiləcək. Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.
Paylaş: