Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının 1-ci hissəsində “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözlərindən sonra “Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin".
Bununla da Cavid Qurbanov hökumətlərarası komissiyanın tərkibinə daxil edilib.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ləğv ediləndən sonra sabiq nəqliyyat naziri Ziya Məmmədov komissiyanın tərkibindən çıxarılıb.
Onu da qeyd edək ki, baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi hökumətlərarası komissiyasının tərkibinə Yavər Camalov (müdafiə sənayesi naziri), Heydər Əsədov (kənd təsərrüfatı naziri), Əbülfəs Qarayev (mədəniyyət və turizm naziri), Mikayıl Cabbarov (təhsil naziri), Ramin Quluzadə (nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri), Azad Rəhimov (gənclər və idman naziri), Əlövsət Baxşiyev (Naxçıvan Muxtar Respublikasının baş naziri), Elman Rüstəmov (Mərkəzi Bankının sədri), İlqar Fətizadə (maliyyə nazirinin birinci müavini), Sahil Babayev (iqtisadiyyat və sənaye nazirinin müavini), Xələf Xələfov (xarici işlər nazirinin müavini), Sahib Ələkbərov (vergilər nazirinin müavini), Toğrul Musayev (ədliyyə nazirinin müavini), Aydın Əliyev (Dövlət Gömrük Komitəsinin sədri), Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri), Kərəm Həsənov (Əmlak Məsələləri Dövlət Komitəsinin sədri), Ramiz Həsənov (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri), Qüdrət Qurbanov (Dövlət Dəniz Administrasiyasının rəisi), Faiq Bağırov (Azərbaycanın Türkiyədəki səfiri), Ağadayı Ağayev (Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri) və Niyaz Əlizadə (Ticarət və Sənaye Palatasının prezidenti) daxildir.
Komissiyanın daha bir üzvü - sabiq energetika naziri Natiq Əliyev isə vəfat edib./Baku.ws/
Paylaş: