Xəbər lenti

 

Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib.

Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.

Ovqat.com Oxu.Az-a istinadən xəbər verir ki, övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.

Maraqlıdır ki, müəllimin seçimi erməni bəstəkarı Ara Gevorqyanın "Artsax” kompozisiyası olub.

"Bu musiqiyə görə, məktəb rəhbərliyinə etiraz etsəm də, xeyri olmadı. Şagirdlər bu musiqi sədaları altında rəqs etdilər”, – deyə valideyn yazıb




Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 15-09-2017, 18:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma