Xəbər lenti

 

Rusiya Xarici işlər naziri Sergey Lavrov Ermənistana səfərindən öncə “Mediamaks” agentliyinə müsahibə verərək, Ermənistanın xarici siyasətini balanslaşdırılmış və məsuliyyətli siyasət adlandırıb, erməni-rus münasibətlərinin isə geniş gündəlik çərçivəsində və müsbət yöndə inkişaf etdiyini bildirib.

Lavrovun sözləri, əlbəttə, qəribə və hətta yanlış durum yaradır. Belə ki, bir ölkənin xarici işlər naziri digər suveren ölkənin xarici siyasətini qiymətləndirir. Xarici siyasətin Rusiyaya toxunan tərəfinin qiymətləndirilməsi başqa məsələdir. Onu da etiraf etmək lazımdır ki, bütün müstəqillik illəri ərzində Ermənistanın xarici siyasəti, subyektiv və ya obyektiv səbəblərdən, bu və ya başqa dərəcədə Rusiyanın həyati maraq dairəsi ilə kəsişib.

Lakin Lavrovun analizi Robert Koçaryanın bu yaxınlarda Rusiya dövlət agentliyi “Sputnik”də yayılan geopolitik təhlili fonunda xüsusilə diqqəti cəlb edir. Koçaryan Moskvaya “teleqraf çəkir” ki, Ermənistan “rəngli inqilaba” görə Rusiyadan aralanır, demək olar, “antirus” hakimiyyət formalaşdırır və Rusiya maraqlarının Ermənistanda təminatçısı yalnız o ola bilər.

Görəsən, Lavrovun müsahibəsi Robert Koçaryanın analizi nəşr edilənədək yazılıb? Əgər elədirsə, onda belə alınır ki, Koçaryan yubanıb, Rusiyanın görüşü fərqlidir və onun xidmətinə ehtiyac duymur. Yox, əgər müsahibə sonra olubsa, belə çıxır ki, Lavrov ikinci prezidentin təklifini rədd edir.

İstənilən halda, Lavrov durumu ikinci prezidentdən və ya onu buna inandıranlardan fərqli qiymətləndirir. Çünki dövlət idarəçiliyi sahəsində belə təcrübəsi olan siyasətçinin köməyinə intuisiyasının gəlməli olmasına baxmayaraq, Koçaryan elə bir vəziyyətdədir ki, obyektiv olaraq, beynəlxalq işlərlə bağlı informasiyaya tam sahib olmaya bilər. İstənilən halda, Koçaryan həqiqətən çətin durumdadır və onun yanlışlığa yol verməsi obyektivdir.

Burada daha bir maraqlı durum mövcuddur. Lavrov deyir ki, erməni-rus münasibətləri 2018-ci ilin siyasi keçid fazasını uğurla adlayıb. Yeri gəlmişkən, 2018-ci ilin iyul ayında Lavrov öncəki hakimiyyətə qarşı açılan cinayət işlərini xatırladaraq,  Ermənistanın yeni hakimiyyəti haqqında kifayət qədər sərt münasibət bildirmişdi. O, ad çəkməmişdi, lakin ehtimal edilirdi ki, söhbət Robert Koçaryandan gedir. Lavrov bəyan etmişdi ki, Ermənistanın tərəfdaşlarına öncəki hakimiyyət nümayəndələrinin təqib edilməyəcəyi haqqında söz verilmişdi.

Lavrovun yanaşması dəyişib, yoxsa Moskva Ermənistanın yeni hakimiyyətinə öz şərtlərini, – onlara görə Robert Koçaryanı “təslim edərək”, – irəli sürmək üçün bu durumdan istifadə edib? Yoxsa Lavrovun sözləri KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturova aid idi?

Bununla yanaşı, erməni-rus münasibətlərinin inqilabsonrası xarakteri nəzərə alınarsa, İrəvanın Moskvanın diktəsi altına düşdüyünü demək çətindir. Çox ehtimal ki, Moskva həm müharibənin qarşısının alınması, həm də ittifaq münasibətləri baxımından, İrəvanın səyləri nəticəsində yaranan reallıqların məsuliyyəti altına düşüb. Rəsmi İrəvan bu məsuliyyəti ittifaq münasibətlərilə bağlı öz məsuliyyətini qeyd edərək formalaşdırıb.

Bütün bunlar erməni-rus münasibətlərinin məzmununa görünən dəyişiklik gətirməyib, lakin erməni-rus qarşılıqlı münasibətlərinin tamamilə yeni mühiti formalaşıb. Üstəlik, geopolitik qavrama ilə birlikdə… Yeni məzmun dəyişikliyi perspektivləri bu mühitdə yatır. Davamlı cəhdlərinə baxmayaraq, ikinci prezident heç cür bu mühitə sığa bilməz.

Hətta onun aktuallaşması üçün kiçik bir şans o zaman reallıq qazana bilər ki, o, bu cəhdlərinə son versin və erməni-rus münasibətlərini və geopolitikanı rahat buraxaraq, diqqətini sadəcə öz müdafiəsinin məzmununa cəmləsin.

Əlbəttə, əgər onun özünü bu məsələlərlə bağlı rahat buraxarlarsa…




Ana səhifəyə qayıt        Baxış: 487          Tarix: 11-11-2019, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma