Xəbər lenti

 

Stalinin ölümündən sonra Beriya işi üzrə güllələnən, Beriyanın dostlarından biri olan Sergey Qoqlidze öz ifadəsində bildirib ki, Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Ağasi Xancyan Cavaxetiyanı Ermənistanın tərkibinə qatmaq ideyasına o qədər bağlı idi ki, sağlam məntiqini itirmişdi.

Axar.az xəbər verir ki, Xancyan Tiflisə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının vilayət komitəsinin birinci katibi Lavrenti Beriyanın yanına gələrək qəbul üçün xahiş edib. Üç işçisi ilə Beriyanın kabinetinə daxil olan Xancyan ağır fars (Azərbaycan) xalçasını gətirib, onu müşayiət edənləri mehmanxanaya göndərib.

Ermənistanın partiya işi barədə hesabat verdikdən sonra Xancyan Beriyaya deyib:

“Lavrenti Pavloviç, biz ermənilərin çox kiçik ərazimiz və məhsuldar olmayan torpaqlarımız var. Bütün millətimiz adından biz sizdən yoldaş Stalinə ölkəyə produktiv xidmət üçün Cavaxetiyanı Ermənistana vermək barədə vasitəçilik etməyinizi xahiş edirik”.

Bu zaman Beriyanın kabinetinə bundan sonrakı hadisələrin şahidi olan Sergey Qoqlidze də daxil olur.

Beriya işi üzrə dindirilən Qoqlidze sonradan ifadələrində yazır:

“Lavrenti Pavloviçin rəngi soldu. O, Xancyana qışqırmağa başladı: “Əclaf! Siz gürcü torpaqlarını istəyirsiniz? Sən Stalini aldatmaqmı istəyirsən?” Xancyanın rəngi ağardı və dayandı, dilini uddu, yalnız tərdən yerə böyük damcılar tökdü. Lavrenti Pavloviç qonağa pis bir baxış atdı. Sonra gözlənilmədən öz yazı masasından “Naqan” sistemli qara revolverini çıxardı və Xancyanın başına iki dəfə atəş açdı: “Gəbər, əclaf!” dedi və tapançasını yerinə qoydu. Sonra mənə dedi: “Serqo, bu leşi öz xalçasına bük, şəhərdən apar və it kimi hansısa çuxura basdır”. Biz əməkdaşlarla əmri dəqiq icra etdik, Ağasi Xancyanın xalçaya bürünmüş cəsədini Soğanluqidə dərin quyuya basırdıq”.

Xancyanı müşayiət edənlər öz rəislərini mehmanxanada gözləyirdilər, amma onları gürcü çekistlər məhv etdi.

Tarixi arxivlər göstərir ki, Beriya Kremlə yola düşərək, şəxsən Stalinlə işi həll edib. Bir neçə gün sonra Beriya Ermənistana yeni birinci katib təyin edib, Xancyan isə xalq düşməni elan edilib.

Onu da qeyd edək ki, 1920-ci illərin sonunda Azərbaycanın rəhbərliyində olan Mirzoyan erməni “yoldaşlarının“ xahişi ilə Meğrini Ermənistana verdi.




Ana səhifəyə qayıt        Baxış: 582          Tarix: 23-11-2019, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma