Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat, xərcləri 28543,0 milyon manat proqnozlaşdırılır.
İqtisadçı Qubad İbadoğlu bildirir ki, gəlirlərinin hər 100 manatından 54 manat 20 qəpiyi neft sektorunun, 45 manat 80 qəpiyi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə daxilolmaların hər 100 manatından 88 manat 60 qəpiyini Dövlət Neft Fondundan transfert, 11 manat 40 qəpiyini vergi orqanlarının xətti ilə neft sektorundan ödənişlər təşkil edəcək.
Ekspertin sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmaların hər 100 manatından 48 manat 70 qəpiyini vergi, 33 manat 50 qəpiyini gömrük orqanlarının xətti ilə ödənişlər təşkil edəcək.
Büdcənin necə bölünəcəyinə gəlincə Qubad İbadoğlu hansı sahəyə nə qədər vəsait ayrılacağını açıqlayıb: "2021-ci ilin büdcəsinin xərclərinin hər 100 manatından 23 manat 40 qəpiyi müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri, 17 manat 64 qəpiyi tikinti və şəhərssalma xərcləri, o cümlədən də 7 manat 70 qəpiyi işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası, 14 manat 57 qəpiyi ümumi dövlət xidməti xərcləri, o cümlədən də 7 manat 70 qəpiyi dövlət borcu, 12 manat 90 qəpiyi sosial müdafiə və sosial təminat, 11 manat 50 qəpiyi təhsil, 4 manat 90 qəpiyi səhiyyə, 3 manat 30 qəpiyi kənd təsərrüfatı, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət, 96 qəpiyi ətraf mühitin mühafizəsi, 60 qəpiyi elm xərcləri üçün nəzərdə tutulub".
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar