Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən həlak olanların dörd min nəfər olmasına dair məlumatlar inandırıcı görünmür, hesablama metodologiyası anlaşılmazdır.
Virtualaz.org bildirir ki, bunu erməni hərbi ekspertlərinə istinadən "Qafqaz qovşağı" yazıb.
Xatırladaq ki, yanvarın 20-də Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda erməni tərəfindən həlak olanların 3439 meyitinin tapıldığını bildirib. Ümumiyyətlə, Ermənistan hakimiyyəti əmindir ki, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə erməni tərəfinin itkiləri dörd min nəfərdən çox deyil.
Hərbi analitik Ayk Xaçikyan nəşrə bildirib ki, Baş nazir müavininin müharibə zamanı həlak olanların təxminən dörd min nəfər olmasına dair bəyanatı o vaxt doğru olardı ki, hərbi itkilərin hesablanması metodologiyası təqdim olunardı.
"Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, müharibədə həlak olanların və Dağlıq Qarabağda dəfn olunanların nəzərə alınıb - alınmadığı məlum deyil", - deyə o bildirib.
Ayk Xaçikyan
"Mənim müşahidələrimə görə, Ermənistan tərəfinin itkiləri altı mindən az olmamalıdır", - deyə o qeyd edib.
Xaçikyan, həmçinin, pilotsuz aviasiyadan istifadənin rəqibə itkilərinin sayını azaltmağa imkan verdiyini də vurğulayıb.
"Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində müdafiə xəttini yarmağa çalışarkən verib. Bundan sonra pilotsuz zərbə təyyarələrini daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün, tətbiq etmək imkanı əldə etdi və bu da rəqibin itkilərinin sayına ciddi təsir göstərdi", - deyə erməni hərbi analitiki bildirib.
Hərbi ekspert Robert Nazaryan da razılaşır ki, PUA-ların tətbiqi Azərbaycan tərəfinin hərbi itkilərini azaldıb.
"Pilotsuz uçan aparatların və texnologiyaların tətbiqinin prioritet vəzifəsi məhz öz itkilərinin azaldılmasıdır", - deyə o, "Qafqaz qovşağı"na açıqlamasında bildirib.
Nazaryan Ermənistan baş nazirinin erməni tərəfindən dörd min nəfərin həlak olması barədə bəyanatını qiymətləndirməkdə çətinlik çəkib. Onun sözlərinə görə də, bu iddialar inandırıcı görünmür. Bununla belə, o, Ermənistan tərəfinin hərbi itkiləri ilə bağlı rəqəm demək istəməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar