Xəbər lenti

 

Yaponiyalı milyarder Yusaku Maesava raket və kosmik aparatlar isteshal edən “SpaceX”in Aya təşkil edəcəyi turist səfəri üçün özünə sevgili axtarır.

44 yaşlı “moda imperatoru” özünün rəsmi internet səhifəsində artıq bunla bağlı elan yerləşdirib. Qızlar Yusaku ilə Aya getmək üçün yanvarın 17-dək müraciət edə bilərlər. Şərtlər iş adamının saytında dərc olunub. Yusaku Aya kiminlə gedəcəyini martda açıqlayacaq.

Aya uçuş 2023-cü ildə olacaq.

2018-ci il sentyabrın 18-də İ.Maskla keçirdiyi mətbuat konfransında Maezava bildirmişdi ki, özü ilə Aya 6-8 müxtəlif incəsənət nümayəndəsini - kinorejissor, aktyor, musiqiçi, rəssam, fotoqraf, geyim dizayneri - aparacaq

"Xüsusi məkana xüsusi adamla getmək. Bu təkbətək elçilik layihəsi ilə Maezava özünə həyat yoldaşı tapmaq istəyir. Maraq və enerji ilə dolu, insanların və cəmiyyətin xeyri üçün Maedzava ilə bir fəaliyyəti gerçəkləşdirmək istəyən qızlar axtarılır", - müsabiqənin saytında deyilir.

​Namizədliyini irəli sürənlər subay, 20 yaşdan yuxarı, pozitiv düşüncəli və şən olmalıdırlar. Bundan başqa, onlar bütün ciddiliyi ilə uçuşa hazırlaşmalıdırlar. Onlar həyatdan həzz almağı, Maezavaya öz fikirlərini çatdırmağı bacarmalı, bütün dünyada sülh arzulamalıdırlar. Müsabiqə yanvarın 17-dək davam edəcək.

2018-ci ildə Maezava bildirmişdi ki, Aya sevgilisi, yapon model və aktrisa Qoriki Ayame ilə uça bilər. Ötən ilin dekabrında isə Yaponiya telekanallarından birinə müsahibəsində milyarder deyib ki, onunla ayrılıb, çünki Qoriki uçuşa hazırlamaq əvəzinə aktrisa kimi işləməyi üstün tutub. 44 yaşlı milyarder bir vaxtlar 27 yaşlı Qoriki ilə evlənmək fikrinə düşüb, amma onun Aya səyahətə münasibətinə görə yolları ayrılıb.

Maezavanın sərvəti 3 milyard dollardır. Kolleksionerlikdən savayı, o, pleyboyluğu ilə də ad çıxarıb. Daha çox gənc aktrisalarla görüşən Maezavanın ən uzun macərası iki ildən çox olmur. Heç vaxt ailə qurmamış milyarderin fərqli qadınlardan üç uşağı var. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 13-01-2020, 23:33      


Paylaş: