Xəbər lenti

Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey kimi fəaliyyət göstərən Aya Sofya məbədində keçirilən "Qədr gecəsi"nə Yunanıstanın Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən kəskin iradlar bildirilib.

Publika.az xəbər verir ki, insan haqları mövzusunda tolerant davranmayan Yunanıstana Türkiyə rəsmiləri tərəfindən cavab verilib:

"Yunanıstanda müsəlman türklərin dini azadlıqları pozulur. Getdikcə artan təzyiqə məruz qalan müsəlmanlar üçün ibadətə açıq bir məscid belə yoxdur. Müsəlmanların Ramazan bayramında, tarixi məscidlərdən birində namaz qılmaq tələblərinə bu il də mənfi cavab verən Yunanıstanı dinlərarası dialoqa və bütün dinlərə hörmət edən demokratik bir ölkə olmağa dəvət edirik".

 




Ana səhifəyə qayıt        Baxış: 819          Tarix: 23-06-2017, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma