İsrailin Azərbaycandakı səfirliyi Landmark otelin dəstəyi ilə 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı əsasən qadınlar üçün tədbirlərlə dolu gün təşkil edəcək.
Səfirlikdən Strateq.az saytına verilən məlumata görə, tədbir israilli aşpaz Ornit Ovadya tərəfindən keçiriləcək 2 master klassdan, yoga dərsindən və israilli rejissorun çəkdiyi sənədli filmin nümayişindən ibarət olacaq.
Programda İsraildən dəvət olunan aşpaz xanım Ornit Ovadia azərbaycanlı xanımlara master klass keçəcək, İsrail mətbəxinin ləziz təamlarının hazırlama qaydası ilə tanış edəcək. İsrailli yoga müəllimi dərs istirakçıları üçün İsraildən canlı bağlantı ilə yoganın incəliklərini öyrədəcək. Sonda isə israilli rejissor Halit Levy 2017-ci ildə çəkdiyi “Mən kökəm” (“I’m Fat”) filmi nümayiş olunacaq. Film qadınlara öz bədənlərini sevməyin və olduğu kimi qəbul etməyin vacibliyini göstərir. Film ingilis altyazıları ilə nümayiş olunacaq.
Laçın
Strateq.az
Paylaş: