Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov israilli həmkarı – İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb.
Ovqat.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, işgüzar və yaradıcı şəraitdə keçən görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılmış, sonda İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirilməsi barədə razılıq əldə olunub."İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrı ilə yaradıcılıq əlaqələrinin qurulması bizim üçün maraqlıdır. Çünki, biz müxtəlif ölkələrdə beynəlxalq festivallarda iştirak edərkən İsrailli həmkarlarımızla tanışlığımız olub. Onlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, onun repertuarı haqqında artıq məlumatlıdırlar və bizimlə yaradıcılıq əməkdaşlığı etmək arzusundadırlar. Bu bizim İsrailli həmkarlarımızla ilk beynəlxalq layihəmiz olacaqdır. Ümid edirəm ki, bu layihəni də uğurla həyata keçirəcəyik" – deyə Mübariz Həmidov bildirib.Qeyd edək ki, danışıqlardan əldə olunan razılığa əsasən İsrail Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümündə ADGTT-nın səhnəsində "Bremen musiqiçiləri" və "Balaca şahzadə" tamaşaları ilə çıxış edəcək, daha sonra isə ADGTT-nın kollektivi Təl-Əvivə səfər edəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar