Xəbər lenti

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanın avtomobil parkı ilə bağlı maraqlı rəqəmlər açıqlayıb. Strateq.az-ın verdiyi xəbərə görə, son 10 ildə (2007-2017-ci illər) Azərbaycanda minik avtomobillərinin sayı 2 dəfəyə yaxın artaraq, 1.147 milyon ədədə çatıb. Say hesabı 530 min ədəd artım olub.  2007-ci ildə bütün parkın 72%-i “rus” mənşəli olub, 2017-ci ildə bu göstərici 47%-ə enib. 10 il ərzində artan 530 min minik avtomobilinin cəmi 100 min ədədi şimal qonşumuzdan gəlib, 430 mini qeyri-rus maşınlarıdı.
Rusiya istehsalı olan avtomobillərin parkdakı sayı 22%, qeyri-rus maşınlarının sayı 3.5 dəfə artıb. 
Bu statistikada diqqəti cəlb edən məlumatlardan biri də İran istehsalı olan maşınların (Azsamand) sayı və azalma sürətidir.  2007-ci ildə İran markalı minik avtomobillərinin sayı 3800 ədə yaxın olub. 2017-ci ildə 10%-dən çox azalaraq 3387 ədədə enib.

 




Ana səhifəyə qayıt        Baxış: 613          Tarix: 13-06-2018, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma