Xəbər lenti

 

ABŞ-ın yeni sanksiyaları üzündən rusiyalı milyarderlərin itirdiyi pulun həcmi 15 milyard dolları aşıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg Billionaires Index (BBI) təşkilatı xəbər yayıb.

Verilən xəbərə görə, rus milyarderlərin arasında ən çox ziyanı “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin çəkib. Onun sərvəti 2,28 milyard dollar azalıb. “Renova” şirkətlər qrupunun əsas sahibi Viktor Vekselberq isə 1,28 milyard geri düşüb.

Həmyerlimiz, “Lukoyl”un prezidenti Vahid Ələkbərovun sərvətinin miqyası 1,37 milyard dollar azalıb.

Bunlardan başqa, Vladimir Lisin 1,31, Leonid Mixelson 1,03 milyard dollar “kasıblayıb".

Zərərçəkənlər arasında Aleksey Mordaşov, Gennadi Timçenko, Mixail Proxorov da var. Onlara hərəyə təxminən 1 milyard itiriblər.

Əlişir Usmanov və Mixail Fridman isə ABŞ sanksiyalarının “sunami”sindən nisbətən yaxşı qurtarıblar. İkinci cəmi-cümlətanı 445 milyon, birinci isə 255 milyon dollarla itirməklə canlarını qurtarıblar.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 10-04-2018, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma