Xəbər lenti

 

Türk rəsmiləri ilə görüşmək üçün dünən gecə Ankaraya gələn ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con  Bolton bu gün günorta saatlarında Türkiyədən ayrılıb.

Ovqat.com-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ rəsmisi Türkiyə prezidentinin köməkçisi İbrahim Qalınla görüşüb.

İkili arasında baş-başa gerçəkləşən görüşün 2 saat 10 dəqiqə çəkdiyi xəbər verilir.

Boltonu bu ziyarətində ABŞ-ın Baş Qərargahının sədri Cozef Danford və Qlobal Koalisiyanın Xüsusi Nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyms Cefri müşayiət edib.

Bildirilir ki, Boltonun Ankaranı tərk etməsinə baxmayaraq, Danfordla Cerfi danışıqları davam etdirmək üçün Türkiyədə alıblar. Bu fakt ABŞ və türk yetkililərinin ümumi prinsiplərdə razılığa gəldiklərini, detalların isə digər rəsmilərlə aydınlaşdırmağa çalışıldığını göstərir.

Qeyd edək ki, Bolton Suriya məsələsini müzakirə etmək üçün Yaxın Şərq turuna çıxmışdı. O, Türkiyədən əvvəl İsraildə olmuşdu. Boltonun İsraildən sonra Türkiyəyə səfər etməsi bir  çoxlarında müəyyən suallara yol açmışdı. “Əcəba, Boltonun Tel-əviv təlimatlandırılaraq Türkiyəyə göndərildimi”, sualı hələ də öz ağlabatan cavabını gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 486          Tarix: 8-01-2019, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma