ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İyunun 27-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşür.
“Azadlıq” radiosunun yaydığı məlumata görə, bunu jurnalistlərə Rusiya prezidentinin sözçüsü Dimitri Peskov deyib.
Onun sözlərinə görə Con Boltonun xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya təhlükəsizlik şurasının rəhbərliyi də daxil olmaqla iyunun 27-də Moskvada bir neçə görüşü nəzərdə tutulur.
ABŞ rəsmisinin Rusiyaya səfəri zamanı iki ölkə prezidentinin mümkün görüşünə hazırlıq məsələləri müzakirə olunmalıdır. Bu sammitin iyulda baş tutacağı gözlənir.
Peskov bildirib ki, Vladimir Putin görüş zamanı ikitərəfli münasibətlərin “pis vəziyyətdə” olması barədə məsələ qaldırmaq fikrindədir.
Bolton bundan əvvəl-iyunun25-26-da London və Romada ABŞ-ın müttəfiqləri ilə görüşüb. Onun Moskva vaxtı ilə axşam saat 7:30-da mətbuat konfransı keçirəcəyi gözlənir və sammitin vaxtı və yerini də elan edə bilər. ABŞ dövlət katibi Mayk Pompeo bu günlərdə televiyaya müsahibəsində demişdi ki, yaxın vaxtlarda prezidentlərin görüşü gözlənir.
Paylaş: