Sözügedən hadisə Türkiyənin Hatay bölgəsində yaşanıb.
Mustafa Bulat diş ağrısı səbəbilə sağlıq mərkəzinə gedib. Zərərçəkənin atası Səfər Bulatın iddiasına görə, nə olubsa, bundan sonra olub.
Musavat.com xəbər verir ki, zərərçəkənlərin iddiasına görə, həkim Musatafa Bulatın dişini yoxlamadan çəkib və nəticədə o, gözünü itirib.
"İskənderunda diş həkiminə getdik. Həkim problemin nə olduğunu soruşdu, oğlum dişinin ağrıdığını bildirdi. Həkim də dişi yoxlamada, iynəsiz dişini çəkib bizi yolladı" – deyə Səfər Bulat bildirib.
Dişin çəkilməsindən sonra oğlunun üzündə şişlik yarandığını bildirən Bulat deyib: "Biz dişdən şübhələndik, həkim də heç nə demədi. Diş çəkildikdən sonra şişlik artdı, həkimlər əməliyyatlıq olduğunu dedilər. Sonra oğlumu Mustafa Kamal adına araşdırma institutunda əməliyyat etdilər. Oğlumun üzü, gözü bu hala gəldi, üzündən də oldu, gözündən də".
Həkimin məsuliyyətsizliyi səbəbindən oğlunun bu hala gəldiyini düşünən ata bu səbəbdən həkimi məhkəməyə şikayət edib.
Zərərçəkənin vəkili Neslihan Güraslan "Mustafa bəy həkimin məsuliyyətsizliyinin qurbanı olub. Həkim onun dişini yaxşı müayinə etmədən, heç bir iynə və digər vasitələrdən istifadə etmədən çəkib. Bundan sonra iltihab onun bütün üzünə yayılıb və nəticədə o üzünün son hissəsini və gözünü itirib. Nəzərə alaq ki, zərərçəkən ailəlidir və iki övladı da var" – deyə bildirib.
Güraslan onu da bildirib ki, müəssisənin baş həkimi də zərərçəkəni haqlı hesab edir. Baş həkim söyləyib ki, əgər xəstədə başqa xəstəlik olubsa, müalicəsiz çəkilən diş onu bu vəziyyətə gətirə bilər.
Müttəhim qismində adı çəkilən diş həkimi xəstənin onun yanına gəldikdə üzündə şişlik olduğunu və xəstəyə başqa bir yerə getməsinin daha düzgün olduğunu söylədiyini bildirib.
"Adıçəkilən xəstə mərkəzimizə ilk dəfə 2019-cu ilin 28 martında gəlib. O zaman onu başqa həkim müayinə edib və müxtəlif dərmanlar yazaraq onu göndərib. Xəstə ikinci dəfə mərkəzə 3 apreldə gəlib və yenə onu başqa həkim müalicə edib. Bu həkim onun üst tərəfdən 3 dişini çəkib. Xəstə yenidən mayın 16-da mənim yanıma gəlib. Mən onu görəndə artıq üzü şiş idi. Mən onlara bu müəssisəyə deyil, başqa, tam təşkil olunan bir instituta getməsini məsləhət gördüm. Xəstənin atası isə bildirdi ki, oğlu başqa yerə getmək istəmir, bu şəkildə sağalacağını düşünür. Mən onun üstən bir dişini götürdüm, ancaq onsuz da o diş artıq pis vəziyyətdə idi".
Xəstənin məqsədinin pul qoparmaq olduğunu bildirən həkim bu məsələdə günahsız olduğunu, daha öncəki dişlərin rentgen nəticəsinin onlarda olduğunu və haqqını sonunadək müdafiə edəcəyini bildirib.
Paylaş: