Xəbər lenti
Bu gün, 12:54
Bu gün, 11:29
Bu gün, 10:13
Bu gün, 09:11
Dünən, 18:43
Dünən, 15:34
Dünən, 13:51
Dünən, 09:28
25-12-2024, 23:20
25-12-2024, 22:04
25-12-2024, 21:25
Bakıda zibil kimi atılan Meymun almasının möcüzəvi sirri – Revmatizm, artroz, radikulitin dərmanıdır
Meymun alması adlanan yaşıl, yumru meyvələr Bakıda və rayonlarda parklarda rast gəlinir.
Bu ağac Azərbaycana Avropadan gətirilib. Ağacın özü oksigen hasil etməsinə görə ən faydalı ağacdır. Amma meyvəsi yeyilmir. Elə yeyiımədiyi üçün də payızda yetişib düşür, torpaqda çürüyür.
Lakin çox az insan var ki, hər il payızda meymun almasının yetişməsini gözləyir. Çünki məhz bu meyvə onun ağrılarının dərmanıdır.
Medicina.az möcüvəzi meyvənin orqanizmə hansı xəstəliklərdə faydalı olduğunu təqdim edir.
Meymun almasının spirtdə cövhəri revmatizm, sümük, əzələ, oynaq, radikulit, diz, bel ağrılarında xaricə istifadə olunur.
Eləcə də dəri xəstəlikləri- dermatit, eczema, xorada yenə də dəriyə xaricən tətbiq olunur
Çəkisi 300-400 qr olan, daha çox meymunun beyninə bənzəyən bu meyvə topa bənzədiyinə görə, uşaqlar onunla futbol belə oynayır.
Hazırlanma qaydası:
Cövhərin hazırlanması üçün sizə 2-3 ədəd meymun alması kifayətdir.
Meyvəni kub kimi doğrayıb, ətçəkəndən keçirirsiz. Bankaya yığıb, üzərinə çıxana qədər aptek spirti əlavə edirsiz.
Qapağını bağlayıb, qaranlıq, sərin yerdə 10 gün saxlanılır. Bu müddətdə ağzını açıb baxmaq olmaz. 10 gün sonra süzüb şüşə butula tökürsüz.
Həftədə 2-3 dəfə ağrıyanyerə çəkirsiz və üzərindən isti bağlayırsız. Çalışın dərini yandırmayasız. Dəri xəstəliklərində isə sadəcə lazımi nahiyəyə çəkilir, yuyulmur.
Kərə yağlı mazın hazırlanması:
Meymun alması əzilir, kərə yağı ilə lay –lay bir şüşə qaba yığılır.
15 gün isti yerdə saxlanılır. Sonra qarışdırılıb və ya blenderdən keçirilib maz halına gətirilir.
Əzələ və oynaq ağrıları, artroz, artrit, revmatizmdə çəkilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar