Xəbər lenti

 

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) iki il ərzində Marsda həyatın olduğuna dair dəlillər əldə ediləcəyini, amma dünyanın buna hazır olmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, NASA-nın baş araşdırmaçısı Cim Grin Marsda aparılan axtarışlarla bağlı son məlumatları yayımlayıb.

Qrin bildirib ki, Avropa Kosmos Agentliyi (ESA) və NASA-nın 2020-ci ildə “qırımızı planet”ə göndərəcəyi missiya burada həyatın olmasına dair dəlillər aşkar edəcək, lakin dünya bu kəşfin yaradacağı təsirlərə hazır deyil.

Bu kəşfi XVI əsrdə yaşamış astronom Nikolas Kopernikin Yer kürəsinin Günəş ətrafında fırlanmasını sübut edən nəzəriyyəsi ilə müqayisə edən Qrin qeyd edib ki, Marsda kəşf ediləcək həyat elm adamlarını bir sıra suallar qarşısında qoyacaq:

“Marsdakı həyat tərzi bizimkinə oxşayırmı? Necə bir bağlarımız var? Hansısa başqa bir yerdə mədəniyyətlərin olmadığını düşünmək üçün heç bir səbəbimiz yoxdur. Çünki hər yerdə - bizim qalaktikamız xaricində də yeni qalaktikalar və planetlər kəşf edirik”.

ESA-nın “Exo Mars Rover” kosmos aparatı Yer kürəsi xaricində həyat axtarmaq məqsədilə Marsın səthini 2 metr qazaraq nümunələr götürəcək.

NASA-nın “Mars 2020” aparatı isə bu planetdəki qayalardan nümunələr götürərək Yer kürəsinə göndərəcək. Bunlar Marsdan dünyaya gətirilən ilk nümunələr olacaq.




Ana səhifəyə qayıt        Baxış: 484          Tarix: 4-10-2019, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma