Xəbər lenti

 Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklərin edilməsinə dair protokol imzalayıb.
Muxalifet.az xəbər verir ki, sözügedən sənəd Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının VII iclası çərçivəsində imzalanıb.
Sənəd Qazaxıstan və Azərbaycan vətəndaşlarına müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddətinin 30 gündən 90 günə qədər uzadılmasını nəzərdə tutur. Həmçinin, iki ölkə vətəndaşlarının 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edir.
Sənədi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqumbayev imzalayıb.




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 14-10-2019, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma