Xəbər lenti

 

2020-ci ildən etibarən Azərbaycanda tibbi sığorta sisteminin tətbiqinə start veriləcək.
Medicina.az xəbər verir ki, tibbi sığortaya keçidlə bağlı ilk olaraq 2018-ci il 20 dekabr tarixində Prezident İlham Əliyev 418 nömrəli fərman imzaladı. Bu fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB yaradıldı. Bununla da Səhiyyə Nazirliyindən yüzlərlə xəstəxana alınaraq TƏBİB-in tərkibinə daxil edildi.
Bu, tibbi sığortaya keçid prosesinin ilkin mərhələsi olduğu üçün müəyyən xəstəxanalar TƏBİB-ə daxil edilməyərək Səhiyyə Nazirliyinin balansında qaldı. Siyahıda məhdud sayda xəstəxana olsa da, bunlar ciddi xəstəliklərin müalicə olunduğu tibb mərkəzləridir.
Belə ki, 2018-ci il 20 dekabr tarixində imzalanan 418 nömrəli fərmana əsasən Səhiyyə Nazirliyinin balansında qalan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, "Tibb” qəzeti, "Azərbaycan Tibb Jurnalı”, Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, "Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və "Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Tikilməkdə Olan Müəssisələri tibbi sığortaya aid edilməyəcək.
Konkret olaraq, yuxarıda adları çəkilən xəstəxanalardan başqa ölkə ərazisində fəaliyyət göstərən bütün dövlət xəstəxanaları 2020-ci ildə etibarən tibbi sığorta sisteminə keçəcək.



Ana səhifəyə qayıt        Baxış: 646          Tarix: 16-10-2019, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma