Xəbər lenti

 

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın da adının keçdiyi cinayət işi məhkəməyə göndərilib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu haqda Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan məlumat verib.

“Prokurorluq ittiham aktını təsdiq edərək cinayət işi ilə birgə Yerevanın ümumi yurisdiksiya məhkəməsinə göndərib”, - Aravik Xaçatryan bildirib.

Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti 2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər Sarqsyanın bir qrup şəxslə əlbir olaraq 489 milyon dram (1 milyon dollar -red.) mənimsədiyi üzə çıxıb. Prokurorluq Serj Sarqsyanın ölkə ərazisini tərk etməsinə qadağa qoyub.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 498          Tarix: 29-01-2020, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma