Xəbər lenti

 

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın 2018-ci ilin iyununda beynəlxalq axtarışa verilmiş qardaşı oğlu Narek Sarqsyan dekabrın 21-də polis əməkdaşlarının müşayiəti ilə Çexiyadan Yerevana gətirilib.

Bu barədə Aysor.am Ermənistan polisinin mətbuat xidmətinə istinadən informasiya yayıb.

Proses rəsmi Praqanın erməni tərəfinin qanunsuz silah saxlamaqda və narkotik vasitələrin dövriyyəsində ittiham olunan Narek Sarqsyanın ekstradisiyası barədə tələbini təmin etməsi nəticəsində gerçəkləşib.

Xatırladaq ki, dekabrın 7-də Çexiyanın paytaxtında saxlanılan N.Sarqsyanın Qvatemala vətəndaşı kimi ölkəyə daxil olduğu və özünü Franklin Qonsales adı ilə təqdim etdiyi bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 374          Tarix: 21-12-2019, 13:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma