Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Hazırda koronavirusun ən güclü zərbə vurduğu dünya ölkələrini düşündürən əsas suallardan biri də havanın tempraturunun yüksəlməsinin bu virusa hansı yöndə təsir edəcəyidir.
ABŞ və Avropa mətbuatında bu məsələyə xüsusi diqqət yetirilir və məşhur virusoloqların fikirlərinə yer verilir.
Nyu-York Akademiyasının bu məslə ilə bağlı mövqeyini bildirən üzvü, virusoloq Anatoli Alşteyn deyib ki, yaz aylarının istisinin virusa güclü təsir edəcəyi az ehtimal olunur. Lakin yaya doğru havanın istiləşməsinin virusun yayılmasını xeyli zəiflədəcəyi gözlənilir. “İsti hava virusun yayılmasına təsir edəcək” deyən məşhuur virusoloqun fikrincə, ümumilikdə bütün respitor xəstəliklərin ən çox tüğyan etdiyi aylar havanın isti olmadığı aylardır.
Mütəxəssis deyib ki, insan orqanizmi yay vaxtı viruslara qarşı digər fəsillərlə müqayisədə az həssas olur. Bu da koronavirusun yayılması sürətini minimuma endirə bilər.
Bununla yanşı, virusoloqun fikrincə, ölkələrin özünü təcrid və karantin tədbirləri də yaya doğru öz effektini verəcək. Alşteyn qeyd edib ki, artıq növbəti həftələrdə virusun yayılma və ölüm halları ilə bağlı göstəricilərində zəifləmə hiss olunacaq.
/Azpolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar