Xəbər lenti


Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus qırıcılar Qara dənizin neytral suları üzərində ABŞ hərbi təyyarələrini müəyyən edərək, müşahidə ediblər.

Eastnews.org-un xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ABŞ HHQ-nə məxsus “P-8A Posseydon” strateji kəşfiyyat təyyarəsi, “RC-135”  və yanacaq dolduran “KC-135” təyyarəsi Rusiya sərhədlərinə doğru yaxınlaşıblar. Bu zaman havaya Rusiya Hərbi Kosmik Qüvvələrinin Qara dəniz donanmasına məxsus “Su-30” qırıcısı qaldırılıb. Rusiya qırıcısı ABŞ təyyarələrinə təhlükəsiz məsafəyə qədər yaxınlaşıb, onları müəyyən etdikdən sonra onlar uçuş istiqamətlərini dəyişiblər.

Bundan əlavə, Rusiya Müdafiə Naziriliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin peşəkarlığını da vurğulayıb.

Rusiya hərbi təyyarəsinin uçuşunun beynəlxalq qanunlara ciddi riayət etməklə həyata keçirildiyi qeyd edilib.



Ana səhifəyə qayıt        Baxış: 2 863          Tarix: 28-06-2020, 11:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma