Xəbər lenti
 

 
Xəbər verdiyimiz kimi, mayın 19-də Qara dənizdə   aralarında Türkiyənin də olduğu 3 NATO ölkəsinin hava sərhədlərini pozan rus hərbi təyyarələri sıxışdırılaraq bölgədən uzaqlaşdırılmışdı. NATO-nun Müttəfiq Hava Komandanlığı facebook səhifəsindən paylaşılan məlumatda bildirilirdi ki, SU-27 qırıcılarının müşayiəti ilə 2 rus TU-22 bombardıman təyyarəsi Qara dənizin əvvəl Rumıniya, daha sonra Bolqarıstan və Türkiyə sərhədlərindən bu  ölkələrin təyyarələri tərəfindən qovulub.
 
Ovqat.com ABŞ Hərbi Dəniz Donanmasına istinadən xəbər verir ki, Rusiya bu təxribatçı hərəkətlərini dünən Aralıq dənizində davam etdirib. Bu dəfə isə hədəf ABŞ təyyarələri olub.
 
Məlumata əsasən, 26 may 2020-ci il tarixində ABŞ Hərbi Dəniz Qüvvələrinə aid P-8A təyyarəsi Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında rus əngəli ilə qarşılaşıb. İki rus “Su-35”-i 65 dəqiqə boyunca ABŞ təyyarəsini təhlükəli yaxınlıqdan izləyib. “Bu həmlə manevr qabiliyyətini məhdudlaşdırdığı üçün təhlükəli və qeyri-peşəkar profilaktik hərəkət kimi qeydə alınıb”- ABŞ Hərbi Dəniz Qüvvələrinin hadisə ilə bağlı bəyanatında belə deyilir.
 
Bəyanatda Rusiyaya məxsus təyyarələrin təhlükəli manevrlərinin son iki ayda üçüncü dəfə təkrarlandığı bildirilir. 
 
Təyyarələrinin “yarış”ının bölgənin beynəlxalq hava məkanında da baş verdiyi bildirilən bəyanatda rus Su-35-lərinin bu manevrləri "məsuliyyətsiz" hərəkət kimi qiymətləndirilib.
 



Ana səhifəyə qayıt        Baxış: 3 553          Tarix: 27-05-2020, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma