Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
Abşeron səhiyyəsinin fədakar və əzmkar üzvləri!
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq həkimlərimiz bu gün hər birimizin əsas ümid mənbəyinə çevrilib. Ağır şərtlər altında çalışan, özlərini və ailələrini böyük riskə atan loğmanlarımız əhalimizin sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Bütün çətinliklərə sinə gərən tibb işçiləri şikayətlənmədən öz müqəddəs və şərəfli missiyalarını layiqincə yerinə yetirirlər. Hazırda onlarla birgə olub, onlara birbaşa köməklik edə bilməsək də, bildirmək istərdim ki, hər birinin ailəsinin yanındayıq, rayon ictimaiyyəti olaraq onlarlayıq.
Baş həkimi Mehriban Qaralova başda olmaqla, Saray qəsəbəsindəki modul tipli xəstəxanada çalışanları və ümumiyyətlə, Abşeron səhiyyəsinin bütün üzvlərini fədakar fəaliyyətlərinə görə alqışlayır, onlara bu çətin, ağır şəraitdə insanlara xidmət göstərdiyi üçün təşəkkürümü bildirirəm. Tarix sizi unutmayacaq. Allah yar və yardımçınız olsun.moderator.az
İradə Gülməmmədova,
Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar