Xəbər lenti


Azərbaycanda bu günə kimi ümumilikdə 24 041 nəfər koronavirus infeksiyasına yoluxub.

Ovqat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

Məlumata görə, onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Hazırda 8 642 nəfərin müalicəsi davam etdirilir.

Bildirilir ki, son 24 saat ərzində ölkədə daha 520 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər sağalıb, 8 nəfər vəfat edib.



Ana səhifəyə qayıt        Baxış: 3 283          Tarix: 12-07-2020, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma