Xəbər lenti


Rusiya müxalifətinin lideri, artıq 18 gündür Almaniyanın paytaxtı Berlindəki Charite xəstəxanasında koma vəziyyətində olan Aleksey Navalnının xanımı Yuliya Navalnaya hadisə ilə bağlı xidmətini təklif edən məşhur həkim, Milli tibb palatasının prezidenti Leonid Roşala sərt cavab verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Leonid Roşal alman həmkarlarına müraciət edərək Aleksey Navalnının zəhələnməsi hadisəsini birlikdə araşdırmağı və bunun üçün müştərək ekspert qrupunun yaradılmasını təklif edib.

Yuliya Navalnaya Leonid Roşala "Instagram"dakı hesabından cavab verib.

Onun sözlərinə görə, həyat yoldaşının komaya düşmə səbəbi artıq bəllidir. Bu fosfororqanik zəhərli maddəsi səbəbindən baş verib. Üstəlik, bununla bağlı Omskdakı həkimlərin məlumatı olub. Ona görə də Leonid Roşalın Aleksey Navalnının vəziyyətinin əsl səbəbini öyrənməklə bağlı çağırışlarının heç bir mənası yoxdur.

Bundan başqa, xanım Navalnı Leonid Roşalın ixtisasca pediatr, yəni uşaq həkimi olduğunu xatırladaraq onun ərinin müalicəsinə heç bir dəxli olmayacağını yazıb. Yuliya Navalnı, həmçinin cənab Roşalın son dövrlərdəki ictimai fəaliyyətinin (prezident Putinə yaxınlığı - red.) ona hörmət etmək üçün heç bir yer qoymadığını bildirib.

“Siz həkim deyil, dövlətin səsi olmaq istəyirsiniz, siz xəstəyə kömək göstərmək istəmirsiniz, çünki onun halı vecinizə də deyil. Məqsədiniz sadəcə informasiya alıb, birilərinə xidmət göstərməkdir. Ağsaqqal yaşınızda üstünüzə bu qədər günah almayın”, - deyə, statusda qeyd edilib.

Xatırladaq ki, Leonid Roşal Putin rejiminin sevimli xadimlərindən və onun ictimai simalarından sayılır. Həkim Roşal Rusiya prezidenti tərəfindən qurulan Ümumrusiya Xalq Cəbhəsinin funksionerlərindən biridir.

O, 2020-ci ildə dövlət başçısı tərəfindən “Əmək qəhrəmanı” adına layiq görülüb.



Ana səhifəyə qayıt        Baxış: 2 738          Tarix: 6-09-2020, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma