Xəbər lenti


Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib.

O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur. Lakin A.Vanetsyanın rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.



Ana səhifəyə qayıt        Baxış: 2 687          Tarix: 14-11-2020, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma