Xəbər lenti


Ermənistanda 3 yeni müxalif siyasi mərkəz formalaşır.
 
Modern.az xəbər verir ki, bu barədə siyasi texnoloq Viqen Akopyan danışıb. Onun sözlərinə görə, həmin mərkəzlərin hər biri ölkədəki ağır sosial-iqtisadi və epidemiloji vəziyyətdən çıxış edərək payız aylarında Paşinyan hakimiyyətinə qarşı aktiv hərəkətə keçə bilər.


“Hazırda 3 əsas siyasi mərkəz yaranır. Onlardan birincisi keçmiş Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın yaratdığı “Vətən” partiyasının “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyaları ilə ittifaqında yaranıb. Onlar ayrı-ayrılıqda çıxış edə bilsələr də, birlikdə daha çox şansları var. Onların strateji məqsədi hakimiyyəti dəyişməkdir. Müxalifət mərkəzləri arasında ən şanslısı məhz onlar hesab olunur”.
 
Viqen Akopyan digər müxalifət mərkəzlərindən birinin eks-prezident Robert Koçaryanın başçılıq etdiyi komandadan ibarət olduğunu əlavə edib.


“Koçaryanın barəsində cinayət işi açıldıqdan sonra siyasətə qayıdacağını deməsi onun Paşinyana qarşı aktiv kampaniya aparacağından xəbər verir”.
 
Siyasi texnoloq Paşinyana qarşı üçüncü müxalif gücün eks-prezident Serj Sarkisyan və onun başçılıq etdiyi Respublika Partiyası olduğunu deyib. Onun fikrincə, ötən gün Aprel döyüşləri ilə bağlı geniş mətbuat konfransı keçirən Sarkisyan cəmiyyətin gözündə sarsılmış nüfuzunu bərpa edərək aktiv siyasətə qayıtmaq istəyir.


Akopyan müxalifətin lider problem olduğunu deyib.
“Lider barədə müzakirələr müxalifətin bütün danışıqlarını poza bilər”.





Ana səhifəyə qayıt        Baxış: 3 146          Tarix: 20-08-2020, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma