Xəbər lenti


Bu yaxınlarda Azərbaycan əsgərləri və müvafiq qurumlarının əməkdaşları tərəfindən antiterror əməliyyatı keçirilmiş Xocavənd rayonunun Hadrut istiqamətindəki Köhnə Tağlar (Xin Tağlar) və Çaylaqqala (Xtsaberd) kəndləri ərazisində 9 erməni hərbçinin meyiti tapılıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, erməni meyitlərinin aşkarlanması haqda Qarabağdakı qondarma rejimin nümayəndələrinə bölgədəki Rusiya sülhməramlıları bildirib. Hələlik erməni silahlılarının hansı şəraitdə öldüyü açıqlanmır. Ölənlərin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır.



Ana səhifəyə qayıt        Baxış: 2 617          Tarix: 17-12-2020, 23:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma