Xəbər lenti
Dünən, 20:38
Dünən, 19:00
Dünən, 18:00
Dünən, 16:30
Dünən, 13:37
Dünən, 09:15
19-11-2025, 22:14
19-11-2025, 21:48
19-11-2025, 19:44
19-11-2025, 18:40
19-11-2025, 17:38
19-11-2025, 16:07
19-11-2025, 15:08
19-11-2025, 15:00
19-11-2025, 13:09
19-11-2025, 11:17

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları hərbi-hava qüvvələrinin (ABŞ HHQ) MQ-9 Reaper pilotsuz uçan aparatları və 90 hərbçisi Rumıniyanın Kımpiya-Turziy şəhərindəki aviabazada yerləşdirilib. Bu barədə ABŞ HHQ Avropa və Afrika komandanlığı xəbər verir.
«ABŞ hərbi-hava qüvvələri MQ-9 Reaper uçan aparatlarını və 90 nəfərə yaxın HHQ qulluqçusunu NATO əməliyyatlarına dəstək üçün informasiya toplamaq, müşahidə və kəşfiyyat məqsədilə Kımpiya-Turziy şəhərindəki 71-ci aviabazada yerləşdirib» - komandanlığın press-relizində deyilir.
Qeyd olunur ki, PUA-lar və hərbi qulluqçular Rumıniyada «uzun müddətə» yerləşdirilir, ancaq məhz hansı müddət olduğu götərilmir.
General Ceferi Harriqanın qeyd etdiyi kimi, PUA-ların bölgədə yerləşdirilməsi «müttəfiqləri və həmkarları arxayınlaşdırır», ancaq eyni zamanda düşmənlərə işarə edir ki, ABŞ HHQ «yaranan istənlən təhlükəyə» cavab verə bilər.
İyun ayında məlum olub ki, MQ-9 Reaper müvəqqəti olaraq Estoniyaya tullanır. Qeyd edilir ki, yerdəyişmənin məqsədi ABŞ-ın NATO üzrə müttəfiqlərinin kəşfiyyat missiyasına dəstək verməkdən ibarətdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























