Xəbər lenti

Pakistan Hərbi Hava Qüvvələri İrana məxsus Pilotsuz Uçan Aparatı (PUA) vurub.

“Report” "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Pakistan hökumətindəki mənbələr bildirib.

İnformasiyaya əsasən, İrana məxsus PUA Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində, hava sərhədini pozduğu üçün vurulub.

Pakistanın Hərbi Hava Qüvvələri məsələ ilə bağlı açıqlama verməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 931          Tarix: 21-06-2017, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma