Xəbər lenti

“Ölkəmizdə hələ 8-9 milyon insan var ki, koronavirusa yoluxmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, risk qrupunda olan, xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayını azaltmaq üçün vaksinasiya lazımdır: “Qeydiyyata düşən, yüngül keçirənlər və s. nəzərə alınsa, ən çox 1 milyondan çox insan koronavirusa yoluxmuş ola bilər. 8-9 milyon insan isə xəstəliyə yoluxmayıb, onların içərisində risk qrupları var. Ona görə vaksinasiya lazımdır”.


Ana səhifəyə qayıt        Baxış: 2 696          Tarix: 16-01-2021, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma