Xəbər lenti


“Azərbaycanın hərbi zəfəri 2020-ci ilin ən böyük hadisəsidir. Müharibənin nəticələri təkcə Azərbaycanın nüfuzunu deyil, həm də ədalətli olduğunu nümayiş etdirdi”.

“Report” xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ziyalılarla keçirdiyi görüşdə deyib.

O, Qarabağ məsələsindəki mövqeyinin rəsmi Kremlin baxışı ilə üst-üstə düşdüyünü və Azərbaycanın ərazi bütövlüyü prinsipindən irəli gəldiyini qeyd edib: “Münaqişə başlayandan bəri bunu açıq şəkildə söyləmişəm”.

Ekspertin fikrincə, Qarabağ müharibəsini pilotsuz uçuş aparatları (PUA) yox, insanlar qazanıb: “Bu müharibəni xalq və prezident qazandı. Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi qanunauyğun oldu”.



Ana səhifəyə qayıt        Baxış: 2 697          Tarix: 11-02-2021, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma