Xəbər lenti

Gün ərzində metrodan minlərlə insan istifadə edir. Çünki bu ən sərfəli nəqliyyat vasitəsi hesab edilir. Bəs hər gün xidmətindən istifadə etdiyimiz Bakı Metropolitenin tarixi barədə nə bilirik?

ARB TV xatırladır ki, Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada 41-ci yerdədir. Tamhəcimli inşa işlərinə 1951-ci ildə başlanılıb. Uzunmüddətli tikintidən sonra ilk metro xətti istifadəyə verilib. 1967-ci ildə Bakı Metropoliteni bir sıra özəlliyinə görə, Şərqdə ilk metro kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Belə ki, yerli metro tikintisi tarixində ilk dəfə dərin su azaldılması və kesson üsulunun sintezindən istifadə olunması qırmızı kitaba daxil edilib.

“Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfərin həlak olması, 400 nəfərin isə xəsarət alması da ən dəhşətli metro qəzası kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Bu siyahıya “Nizami” stansiyası da aiddir. 40 ilə yaxındır ki, Nizami Gəncəvinin əsərlərindən nümunələr metro divarları üzərinə həkk olunub. Xalq rəssamı Mikayıl Abdullayevin eskizləri əsasında mozaika ilə hazırlanan əsərlər bu gün yenilənir. Tarixi görkəmini saxlamaqla günü-gündən abadlaşan və müasirləşən stansiyalarda bəzi köhnə qurğuları yeni məlumat lövhələri əvəzləyir. Hazırda 25 stansiya və 3 xətdən ibarət olan Bakı Metropoliteninin gələcəkdə xətlərinin uzunluğunun 119 kilometrə, stansiyalarının sayının isə 76-ya çatdırılması planlaşdırılır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 005          Tarix: 26-08-2017, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma