Xəbər lenti

Daxili İşlər Nazirliyi (DİN) “Metro Park” ticarət mərkəzində yalandan “bomba qoyulması” hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Ovqat.com-a bildirilib ki, iyunun 11-də saat 14:42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 073          Tarix: 12-06-2017, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma