Xəbər lenti

 
 
Qondarma “DQR”-nın “rəhbəri” Araik Harutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan və Baş nazir Nikol Paşinyanla görüşüb. 
 
Ovqat.com xəbər verir ki, Araikin mətbuat katibi Lusine Avanesyan bu faktı təsdiqləyib.
 
Avanesyanın sözlərinə görə, görüşlərin məqsədi Dağlıq Qarabağın “təhlükəsizlik” məsələləri ilə bağlı olub. 
 
"Harutyunyan həm baş nazir Nikol Paşinyanla, həm də Onik Qasparyanla görüşlər keçirib, mövcud vəziyyətin aradan qaldırılması ilə bağlı bəzi məsələləri müzakirə edib, Ermənistan və “Arsax”ın daxili sabitlik və xarici təhlükəsizliyi prioritetlərini əsas götürərək, onlarla görüşüb", - deyə mətbuat katibi bildirib.
 
Məlumata görə, görüşdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) direktoru Armen Abazyan, “DQR”-nın Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan da iştirak ediblər.
 
Sözçü bildirib ki, Araik Harutyunyan hələ də Ermənistandadır və Dağlıq Qarabağa qayıtmaq fikrində deyil. Digər görüşlərin gözlənilib-gözlənilmədiyi barədə isə o, heç bir məlumat vermək istəməyib.




Ana səhifəyə qayıt        Baxış: 3 677          Tarix: 26-02-2021, 06:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma